Ümumi məlumat

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının yaradılması” haqqında 17 oktyabr 2013-cü il tarixli, 21/3№-liQərarına uyğun olaraq 27 dekabr 2013-cü il AMEA-nın elmi müəssisələrinin gənc alim və mütəxəssislərinin ümumi yığıncağında AMEA Gənc Alim  və Mütəxəssislər Şurası təsis olunmuşdur. Şuraya fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov rəhbərlik edir.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə  fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.

Gənc Alim və Mütəxəssislər Şurası AMEA-nın 42 institut və təşkilatlarında fəaliyyət göstərən gənc alim və mütəxəssislər şuralarını (yerli) koordinasiya etməklə, ümimilikdə  3000-dən çox üzvüözündə birləşdirir.

Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitutsiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, AMEA-nın Nizamnaməsini, AMEA Rəyasət Heyətinin qərarlarını, AMEA prezidentinin əmr və sərəncamlarını və özünün Nizamnaməni rəhbər rəhbər tutaraq, illik tədbirlər planı əsasında fəaliyyət göstərir.

İctimai birliyin fəaliyyət strategiyasına elmin təbliği və təşviqı, innovativ layihələrin koordinasiyası, regionlarla iş, beynəlxalq əməkdaşlıq, elmi ictimai tədbirlərin keçirilməsi, elmi nəşrlər, AMEA-nın nəzdində olan təşkilatlarda fəaliyyət göstərən yerli şuraların fəaliyyətinin mütəmadi monitorinqi və ictimai əlaqələr daxildir. 