Əfsun Rəzzaq oğlu Sucayev

Əfsun Rəzzaq oğlu Sucayev 1979-cu ildə anadan olmuşdur.

2001-ci ildə Gəncə Dövlət Universitetinin kimya biologiya ixtisası üzrə bakalavr, 2003-cü ildə magistraturasını fərqlənmə diplomu ilə bitirib.

2003-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İstitutunun aspiranturasında təhsil almışdır.

2007-ci ildə “Mono-, di(2-hidroksipropil)aminlərin və onların tiokarbamid törəmələrinin sintezi və çevrilmələri” mövzusunda “Üzvi kimya” ixtisası üzrə dissertasiya müdafiə etmış, kimya üzrə fəlsəfə doktorudur. Hazırda elmlər doktorluğu üzrə təhsilini də davam etdirir.

İki ixtiranın və 30 elmi əsərin, 100-dən çox publisistik məqalənin müəllifidir.

2012-ci ildən Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının Monitorinq qrupunun rəhbəridir.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.