Fəxrəndə Namiq qızı Əlimərdanova

Fəxrəndə Namiq qızı Əlimərdanova 1983-cü ildə anadan olmuşdur.

2001-2005 - cı illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin bakalavr, 2005-2007-ci illərdə həmin fakültənin magistratura pilləsini Astrofizika ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

2008-ci ildə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aspirantura şöbəsinə qəbul olmuşdur.

2013-cü ildə “Cavan ulduzlar ətrafında prtoplanet əmələgəlmə prosesləri” mövzusunda dissertasiya elmi işini müdafiə edərək fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.

30 elmi əsərin müəllifidir.

Hal hazırda həmin İnstitutda böyük elmi işçi vəzifəsində çalışır. 2013-cü ildən İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədridir. Eyni zamanda, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin katibidir.

2014-cü ildə ABŞ-ın “CIES” təhsil mərkəzinin keçirdiyi “Fulbright Visiting Scholar” proqramının qalibi olmuşdur.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.