Pərvanə Əli qızı Əliyeva

Pərvanə Əli qızı  Əliyeva 11 sentyabr 1984-cü ildə anadan olmuşdur.

2001-2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakultəsinin bakalavr pilləsini, 2006-2008-ci illərdə həmin fakultənin mədəniyyətşünaslıq  ixtisası üzrə magistratura pilləsini fərqlənmə ilə bitirmişdir.

2005-ci ildən AMEA Memarlıq və İncəsənət İnstitutunun “Estetika və İnformasiya mədəniyyəti” şöbəsinin əməkdaşı, 2008-ci ildən həmin şöbənin dissertantıdır.

Pərvanə Əliyeva 1 monoqrafiyanın, 10dan artıq elmi məqalənin müəllifidir. Monoqrafiyası AMEA RH 28 MAY – Respublika Günü münasibətilə AMEA-nın gənc alimləri üçün qrant müsabiqəsində II yerə layiq görülmüşdür.

2014-cu il Rayonun elmi-mədəni həyatında fərqləndiyinə görə və 2 fevral Gənclər Günü ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.

2013-cü ildən Memarlıq və İncəsənət İntitutunda Gənc Alim və Mütəxəssislər Şurasının sədridir.

Subaydır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.