Zaman Rəşid oğlu Məmmədov

2015-04-03Zaman Rəşid oğlu Məmmədov 1981-ci ildə anadan olmuşdur.

1999-2003-cü illərdə Azərbaycan Kənd təsərrüfatı Akademiyasının (indiki Aqrar Universitetin) Torpaqşünaslıq və Aqrokimya fakültəsinin bakalavr pilləsini, 2003-2005-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Torpağın ekologiyası ixtisası üzrə magistratura şöbəsini bitirmişdir.

2006-cı ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin aspirantura şöbəsinə qəbul olunmuşdur. Eləcə də 2007-ci ildən hal-hazıradək Bakı Dövlət Universitetinin Biologiya sonra isə  Ekologiya və Torpaqşünaslıq fakültəsində saat hesabı qaydada dərs tədris edir.

2010-cu ildə “Kiçik Qafqazin şimal-şərq yamacı torpaqlarının ekoloji qiymətləndirilməsi” mövzusunda dissertasiya elmi işini müdafiə edərək biologiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Həmçinin hazirda AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmlər doktorluğu üzrə dissretantdır.

Hal hazırda AMEA Dendrologiya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. 19 noyabr 2013-cü ildən AMEA Dendrologiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədridir. 40-dan çox elmi əsərin və 1 monoqrafiya müəllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdur. Ailəlidir 1 övladı var.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.