Seyfullayev Fərid Saməddin oğlu

Seyfullayev  Fərid Saməddin oğlu  1985-ci ildə anadan olmuşdur.

2003 - 2007-ci illərdə Sumqayıt  Dövlət Universitetinin Coğrafiya fakültəsinin bakalavr pilləsini,2007-2009-ci illərdə həmin fakültənin fiziki coğrafiya  ixtisası üzrə magistratura şöbəsini bitirmişdir.

 2009-cu ildən AMEA Mərkəzi Nəbatat Bağının Bitkilərin Mühafizəsi və Monitorinqi laboratoriyasının elmi işçisi vəzifəsində çalışır. 2011-ci ildə AMEA Botanika İnstitutunun doktorantura  şöbəsinə qəbul olmuşdur.

2014-cü il yanvar ayinin 17-dən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Xarici Əlaqələr şöbəsinin rəhbəi vəzifəsində  çalışır. Eyni zamanda AMEA Mərkəzi Nəbatat Bağı Gənc Alim və Mütəxəssislər Şurasının sədridir.  Ailəlidir 1 övladı var.

Almaniya Akademik Mubadilə proqramının və ERASMUS Mundus təqaüdünü qazanmışdır və bunlarla əlaqədar olaraq 2 dəfə Almaniyada qısamüddətli təcrübə keçmişdir.Elm Fondunun elan etdiyi  Gənc  alim və mütəxəssislərin 1-ci qrantının qalibi olmuşdur.  Azərbaycan Respublikası Gənclər Fondunun, İsveçrə elm fondunun, Türkiyənin TUBİTAK təşkilatından səfər qrantları qazanmışdı.  

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.