Fərhad Firudin oğlu Yusifov

Fərhad Firudin oğlu Yusifov 1982-ci ildə anadan olmuşdur.

2004-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının ”İstehasal Proseslərinin Avtomatlaşdırılması” fakültəsini bitirmiş, “İnformatika və hesablama texnikası” istiqaməti üzrə magistr dərəcəsi almışdır. 

 2005-ci ildən İnformasiya Texnologiyaları İnstitutunda işləyir. 

2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Loq-fayllar əsasında İnternetdən istifadənin analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

E-dövlətin yaradılması və inkişafının elmi-nəzəri əsaslarının işlənməsi, e-dövlətin qurulması proseslərinin təşkili və idarə olunması mexanizmlərinin işlənməsi istiqamətində araşdırmalar aparır.

Əməkdaşlıq və təcrübə mübadiləsi məqsədilə 1 il (2011-2012-ci illər) müddətində Hradec Kralove Universitetində (Çex Respublikası) elmi ezamiyyətdə olmuşdur.

2012-ci ildə LaSalle Ramon Llull Universitetində (İspaniya) “Open Minded Project Management” layihələrin idarə olunması istiqaməti üzrə kursu bitirmişdir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının üzvüdür.

İnstitutda fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurasının sədridir.

İnstitutda nəşr olunan “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının redaksiya heyətinin üzvüdür.

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı 38, xaricdə çıxmış elmi əsərlərin sayı 24-dür. 

2009-cu ildən Doktorantura şöbəsinin müdiri vəzifəsində çalışır. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.