Fərəcov Vüqar Əliş oğlu

Fərəcov Vüqar Əliş oğlu 1979 – cu ildə anadan olmuşdur.

1997-2001 -ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji Kəşfiyyat Fakultəsinin bakalavr pilləsini bitirmişdir.

 2001 – ci ildə Azərbaycan Milli Elmlər Akademisası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə işə qəbul olmuş və hazırda da AMEA RSXM – də mühəndis vəzifəsində işləyir.

2001–2003 –cü illər də İngilis dili kursunda təhsil almış və kursu Post–ntermediate dərəcəsi ilə bitirərək sertifikat almışdır.

2005 – ci  ildə BP-nin Bakı Biznes İnkişaf Mərkəzində (indiki Biznes İnkişaf E-Mərkəzi – Enterprise E-Center), Sağlamlıq-Təhlukəsizlik-Ətraf mühit (HSE Course) kursunu müvəffəqiyyətlə bitirərək sertifikatla almışdır.

2007-2009 –cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji Kəşfiyyat Fakultəsinin Kəşfiyyat və axtarış işlərinin geofiziki üsulları ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirmişdir.

 2011-ci ildə AMEA Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) doktrantura şöbəsinə qəbul olmuşdur və hal hazırda həmin istitutun doktorantıdır.

2013-cü il noyabr ayının 17-dən AMEA nəzdində RSXM-in Gənc Alim və Mütəxəssislər Şurasının sədri vəzifəsində çalışır.

7 elmi əsərin müəllifidir.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.