Qurbanov Nail Məhəbbət oğlu

Qurbanov Nail Məhəbbət oğlu 1979-cu ildə ana­dan ol­muş­dur.

1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Filo­lo­­giya fa­kültəsinin ba­ka­­lavr pilləsini, 2000-2002-ci illərdə həmin fa­kül­­­tənin folklor­şünaslıq və mi­fo­lo­giya ixtisası üzrə magistratura pillə­sini bitirmişdir.

2003-2006-ci illərdə AMEA Folklor İnsti­tu­tu­nun əya­ni aspirantura şöbə­sin­də təhsil almışdır. “Azər­baycan folklorunda mi­fo­lo­­ji-kos­­moqonik gö­rüş­lər” mövzusu üzərində tədqiqat işi apar­mış­dır.

2007-2008-ci il­lər­də hər­bi xidmətədə olmuşdur. 2011-ci ildə “Azər­­­­­bay­­can folklo­runda mi­­fo­­­loji-kos­moqonik görüşlər” möv­zusunda disser­tasiya işini mü­da­fiə edə­rək filologiya üzrə fəlsəfə doktoru alim­lik dərə­cəsini al­mış­dır.

Hazırda AMEA Fol­klor İnsti­tu­tu­nun “Də­də Qorqud” şöbə­sin­də apa­rıcı elmi işçi və­zi­fəsində ça­lışır.

2013-cü il noyabr ayının 27-dən AMEA Folklor İnstitutunun Gənc Alim və Mü­təxəs­sis­lər Şura­sı­nın sədri və­zifəsində çalışır.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.