Maşayeva Sevil Saleh qızı

Maşayeva Sevil Saleh qızı 1977-ci ildə anadan olmuşdur.

1995-1999-cu ildə Azərbaycan Sənaye İnstitutunun Kimya fakultəsinin bakalavr pilləsində, 1999-2001-ci ildə isə Sumqayıt Dövət Universitetinin “Kimya” fakultəsinin “Üzvi maddələrin kimyəvi texnologiyası” ixtisası üzrə magistratura şöbəsindətəhsil almışdır. 

2002-ci ildə Polimer Materialları İnstitutunun aspirantura şöbəsinə qəbul olunmuşdur.

2012-ci ildə“Oliqohidroksinaftilenfenilaminlərin alınması və xassələrinin tədqiqi” mövzusunda dissertasiya elmi işini müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2015-ci ilin yanvar ayından institutda yeni yaradılmış 12 saylı “Biomimetik polimer materiallar laboratoriyası”­nın müdiri vəzifəsini icra edir.

44 elmi əsərin müəllifidir.

2013-cü ilin noyabr ayından Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədridir.

Ailəlidir, iki övladı var.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.