Əhmədova Xuraman Nüsrət qızı

Əhmədova Xuraman Nüsrət qızı 20.03.1985-ci ildə anadan olmuşdur.

2002 – 2006-cı illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin bakalavr pilləsini, 2006-2008-ci illərdə həmin fakültənin kvant elektronikası ixtisası üzrə magistratura şöbəsini bitirmişdir.

2008-ci ildə AMEA Fizika İnstitutunun Ellipsometriya laboratoriyasında kiçik elmi işçi vəzifəsinə işə qəbul olunmuş, hal-hazırda həmin laboratoriyada böyük elmi işçi vəzifəsində çalışır. 2011-ci ildən İnstitutun dissertantıdır.

İdman Nazirliyinin təsis etdiyi "Gənclər Mukafatı", "Yaxşıların Yaxşısı" laureatıdır. Bir sıra elmi müsabiqələrin qalibidir.

2013-cü il “Gənclər üçün Prezident Mükafatı”namizədliyində AMEA üzrə ilk səkkizlikdə yer aldığına görə AMEA-nı Fəxri Fərmanı ilə təltif olunmuşdur.

2014-cü ildən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü,  Fizika İnstitutunun Gənc  Alim və Mütəxəssislər Şurasının sədr müavinindir.

Yeni Azərbaycan Partiyasının üzvüdur. Ailəlidir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.