Nəsli kəsilməkdə olan canlılar süni yolla çoxaldılacaq
Noy 23 , 2016 | 04:47 / Mühüm hadisələr
Oxunma ( 2293 )

"Azərbaycanda nadir və nəsli kəsilməkdə olan canlılar süni şəkildə çoxaldılacaq". Bu sözləri AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov rəhbərlik etdiyi qurumun 80 illik yubiley mərasimində bildirib. Onun sözlərinə görə, bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlıq etmək nəzərdə tutulub. O deyib ki, birgə əməkdaşlıq çərçivəsində ölkədə nadir və nəsli kəsilməkdə olan canlılar süni şəkildə çoxaldılaraq təbiətə buraxılacaq.

 E.Yusifov qeyd edib ki, ölkədə zəliçiliyin inkişaf etdirilməsi də vacibdir: “Zəli tibbdə çox geniş tətbiq olunur. Belə ki, zəlinin ifrazatında olan 150-yə yaxın birləşmələr təbabətdə 40-dan çox xəstəliyin müalicəsində istifadə edilir”.

Kosmik zoooloji tədqiqatların da aparılacağını söyləyən E. Yusifov vurğulayıb ki, 40-50 ildir ölkədə bəzi heyvan növlərini tapmaq mümkün deyil. Manul pişiyi, kaftarı nümunə kimi göstərən institut direktorunun sözlərinə görə, kosmik tədqiqatlar vasitəsilə kosmik fotoqrafiyaları riyazi metodla tətbiq edərək canlıların biotoplarını - yaşayış yerlərini tapmaq olar: “Elmi fundamental tədqiqatlarla yanaşı, tətbiqi işlər görülməlidir. Elmi nailiyyətlərin istehsalatda tətbiqini də artırmalıyıq. Çünki bizim beynimiz gəlir gətirməlidir. Artıq büdcədən asılı olmaq istəmirik. Biz istəyirik ki, həm öz rifahımızı artıraq, həm də pulumuzu özümüz qazanaq. Bu isə beynin satışını reallaşdırmaq və onu keyfiyyətcə yeni səviyyəyə yüksəltməkdən ibarətdir”.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.