“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı geniş ictimaiyyətə təqdim olunub
Dek 01 , 2016 | 10:29 / Mühim hadisələr
Oxunma ( 473 )

əlum olduğu kimi, Milli Məclisin deputatı, yazıçı, Əməkdar Jurnalist Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabı Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatında rus dilində çap edilmişdir.

Bu gün “Gülüstan” sarayında yeni nəşrin təqdimatına həsr olunmuş tədbir keçirildi. Tədbirdə AR Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, elm xadimləri, o cümlədən KİV nümayəndələri iştirak edirdilər.  

Öncə AMEA prezidenti, akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” əsərini yüksək qiymətləndirdi, təqdimat mərasiminin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd etdi.

Prezident İlham Əliyevin Azərbaycan tarixində xüsusi rolu olan tarixi şəxsiyyətlərdən biri olduğunu vurğulayan akademik yeni əsərdə bu böyük şəxsiyyətin həyat və fəaliyyətinə dair mühüm faktların yer aldığını söylədi. AMEA rəhbəri müəllifin kitabda İlham Əliyevin gözəl, əzəmətli və orijinal portretini öz qələminin gücü ilə tam təsvir etdiyini vurğulayaraq, nəşrin Azərbaycan həqiqətlərinin rus dilində daha geniş coğrafiyada yayılmasına mühüm töhfələr verəcəyinə əminliyini ifadə etdi.

AMEA prezidenti bildirdi ki, E.Axundova kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə edən insanlardan aldığı nadir müsahibələrdən istifadə etmişdir. Burada müəllif, həmçinin müasir Azərbaycanın liderinin hakimiyyətə gəldiyi dövr və şəraiti, baş verən hadisələri ətraflı şəkildə təhlil etmişdir.

“Bu kitab Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq" – deyə bildirən alim vurğuladı ki, nəşrdə əksini tapan maraqlı fakt, hadisə və rəylər Azərbaycan Prezidenti haqqında ictimaiyyətə geniş məlumatlar verir.

A.Əlizadə müəllif E.Axundovanı ziyalı-vətəndaş mövqeyi ilə dövlətçilik düşüncəsinin vəhdətinin təcəssümü olan belə bir sanballı kitabı ərsəyə gətirməsi münasibətilə təbrik edərək, ona yeni yaradıcılıq uğurları arzuladı.

Sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək kitabın Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət və Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində gördüyü işləri dolğun şəkildə əks etdirdiyini diqqətə çatdırdı: "Nəşr gələcəkdə bu istiqamətdə araşdırmaların aparılması üçün etibarlı mənbə hesab edilə bilər”.

U.Ələkbərov bildirdi ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər və beynəlxalq aləmdəki nüfuzu Prezident İlham Əliyevin strateji qələbəsi kimi qeyd edilə bilər. O, ölkə başçısının rəhbərliyi altında həyata keçirilən tədbirlərin, qlobal layihələrin Azərbaycanın gələcək inkişafına və milli maraqlarına xidmət etdiyini vurğuladı.

Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı XXI əsrin görkəmli dövlət xadimi İlham Əliyevə həsr edilmiş kitabın təqdimatının mühüm hadisə olduğunu bildirdi. Prezident İlham Əliyevin Azərbaycan tarixində indiyədək görülməyən mühüm uğurlara imza atdığını vurğulayan M.Qasımlı bütün bu nailiyyətlərin əsərdə yüksək səviyyədə təqdim olunduğunu qeyd etdi. Diqqətə çatdırdı ki, Azərbaycan dövləti yaşadıqca tariximizin bu uğurlu səhifələrinə daim müraciət ediləcək. Çünki tarix boyu güclü dövlət xadimlərinin irsinə tez-tez müraciət olunur.

Tədbirdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov, "Bakinski raboçi" qəzetinin baş redaktoru Rəhman Hacıyev, AMEA Ədəbiyyat İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva, AYB-nin üzvü, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə kitabla bağlı fikirlərini səsləndiriblər, gərgin axtarışların bəhrəsi olan belə bir sanballı əsəri ərsəyə gətirdiyinə görə müəllifə minnətdarlıqlarını bildirdilər. Onlar Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətindən bəhs edən kitabın Azərbaycan və dünya ictimaiyyəti üçün dəyərli mənbə olduğunu qeyd etdilər. 

Sonda kitabın müəllifi Elmira Axundova çıxış edərək qeyd etdi ki, kitabda ölkə başçısının daxili və xarici, hərbi, sənaye, mədəniyyət, idman, multikulturalizm və informasiya sahələrində siyasətinin ən müxtəlif aspektləri təhlil edilir. "Mənim əsas hədəfim İlham Əliyevin portretini yaratmaq, lider və insan kimi keyfiyyətlərini təqdim etmək olub" - deyə söyləyən E.Axundova bildirdi ki, kitabın ərsəyə gəlməsinin ideya müəllifi Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. 

Müəllif “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.