AMEA-da XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası Elmi konfransı və seminarı keçiriləcək
Dek 01 , 2016 | 05:01 / Mühüm hadisələr
Oxunma ( 2287 )

5-9 dekabr 2016-cı il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun təşkilatçılığı, AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə ölkəmizdə XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası Elmi konfransı və seminarı (APCWQIS-2016) keçiriləcək. Konfransda 50-yə yaxın yerli və xarici nüfuzlu alimin iştirak edəcəyi və müxtəlif mövzularda mühazirələr oxuyacağı gözlənilir.

Tədbirin açılış mərasimi dekabrın 5-də saat 11:00-da AMEA-nın Əsas binasında baş tutacaq.

Qeyd edək ki, Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası Elmi konfransı və seminarı bundan öncə Sinqapur, Cənubi Koreya, Avstraliya, Çin, İsrail, Malaziya, Tayvan və Yeni Zelandiya kimi ölkələrdə təşkil olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.