AMEA Botanika İnstitutununun əməkdaşları “Elmi tədqiqatlar üçün elektron məlumat bazalarından səmərəli istifadə” movzusunda maarifləndirilib
Dek 02 , 2016 | 12:00 /
Oxunma ( 2393 )

AMEA Botanika İnstitutunda “Elmi tədqiqatlar üçün elektron məlumat bazalarından səmərəli istifadə” movzusunda maarifləndirici seminar keçirilib.

Seminarda Botanika İnstitutu Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dosent Rəşad Səlimov İnstitutun  alim və mütəxəssislərini elmi tədqiqat işlərinin hazırlanması zamanı “Web of Science” və “Scopus” kimi qlobal məlumat bazalarının imkanları və əsas elementlərindən səmərəli  istifadə qaydaları ilə tanış edib.

Seminarda qlobal elmi bazaya çıxış təmin edən “Web of Science” Məlumat Platformasına daxil olan aparıcı beynəlxalq elmi nəşrlərin seçilməsi qaydaları izah edilib. AMEA-nın elmi müəssisələri, o cümlədən Botanika İnstitutu üçün də istfadəyə açıq olan “Web of Science” saytında və elmi istinadların məlumat bazası axtarış vasitələrindən səmərəli istifadə yolları əyani olaraq göstərilib.

Qeyd edək ki, cari ilin oktyabr ayında AMEA ilə “Thomson Reuters” təşkilatı arasında imzalanmış müqaviləyə əsasən  AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və orada çalışan çox sayda alim və mütəxəssisləri üçün “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanları yaradılmışdır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.