Fotos
Aşqarlar Kimyası İnstitutunun doktorantı Türkiyənin Orta Doğu Texnik Universitetində təcrübə keçib
Noy 28 , 2016 | 08:30 / Mühüm hadisələr
Oxunma ( 2393 )

AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutun doktorantı Mənsurə Hüseynova 21-28 noyabr 2016-cı il tarixlərində Türkiyənin Orta Doğu Texnik Universitetində elmi ezamiyyətdə olub. Məqsəd Türkiyənin kimya və kimya mühəndisliyi sahəsində aparıcı elm mərkəzi olan bu İnstitutda həyata keçirilən elmi tədqiqatlarla bağlı qabaqcıl təcrübəni mənimsəmək və öz elmi işlərində tətbiq etməkdən ibarətdir.

         Bu müddətdə gənc tədqiqatçı Universitetin kimya bölüm başkanı prof.Dr. Cihangir Tanyelinin rəhbərliyi ilə ümumi, fiziki və üzvi kimya laboratoriyalarında müasir cihazlarla və ən son üzvi sintez və analiz üsulları ilə tanış olmuşlar. üzvi, analitik, fiziki-kimyəvi analiz laboratoriyaları ilə gəzib, onların ümumi işi ilə yaxından tanış olmuşdur.

         Sonrakı mərhələdə artıq müştərək elmi tədqiqatlar gerçəkləşdirmək nəzərdə tutulur.

         Məlumat üçün qeyd edək ki, bu ezamiyyət Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin (EİF/GAM-3-2014-6(21)) qalibi olmuş layihə (EİF/GAM-3-2014-6(21)-24/08/4-M-17) çərçivəsində həyata keçirilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.