Gələn həftə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi bölmələri hesabat verəcək
Dek 06 , 2016 | 12:00 / Mühüm hadisələr
Oxunma ( 2681 )

13 və 15 dekabr 2016-cı il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının Əsas Binasının kiçik akt zalında Gənc Alim və Mütəxəssislər Şurasının elmi bölmələrinin 2016-cı il üzrə illik hesabat yığıncağı keçiriləcək. 13 dekabr saat 14.30-da Şuranın Fizika-Riyaziyyat və Texnika, Kimya , Humanitar və Gəncə bölmələrinin hesabat məruzələri dinləniləcək. 15 dekabr saat 14.30-da Biologiya və Tibb elmləri, Yer elmləri, İctimai elmlər, Naxçıvan bölməsi və Şəki Regional Elm Mərkəzinin hesabatı olacaq. 

Məlumat üçün qeyd edək ki, AMEA Gənc Alim və Mütəxəssislər Şurası təsis olunduğu vaxtdan indiyə qədər fəaliyyətində həmişə hesabatlılığa böyük önəm verir. Belə ki, Akademiyanın hər bir İnstitutun nəzdində olan yerli şuraların müvafiq bölmələr üzrə ümumiləşdirilmiş hesabatı həyata keçrilir. Sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurası geniş ictimayyətə nümunəvi hesabatını təqdim edir. Bu hesabat həm institutlarda yerli Şuralar tərəfindən gənclərlə bağlı görülən işlər, həm də AMEA-da həyata keçirilən elmi-ictimai tədbirləri özündə əks etdirir. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.