Fotos
Tarix İnstitututunun elmi işçisi Antalyada keçirilmiş beynəlxalq kongresdə iştirak edib
Dek 09 , 2016 | 06:40 / Mühüm hadisələr
Oxunma ( 2319 )

01-04 dekabr 2016-cı il tarixində Türkiyənin Antalya şəhərində Türk Eğitim – Sen və Uluslararası Eğitim Sendikaları Birliği (UAESEB) tərəfindən Hoca Əhməd Yəsəvinin ildönümünə həsr olunmuş “Uluslararası Türk Dünyası Eğitim Bilimleri ve Sosyal Bilimler Kongresi” keçirilib. Bu möhtəbər tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasını A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Qafar-zadə Lamiyə Rasim qızı təmsil edib. Gənc tədqiqatçı konfransın elmi seksiyasında “Türk dili Azərbaycan Səfəvi Dövlətinin etnik mənsubiyyətinin markeri kimi (ingilisdilli tarixşünaslığın materialları əsasında)” mövzusunda məruzə ilə çıxış edib. Gənc alimin çıxışı auditoriya tərəfindən böyük maraqla qarşılanıb və o, sertifikat və araşdırmaçı ödülü ilə təltif edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.