Fotos
AMEA gəncləri təltif edilib
Dek 22 , 2016 | 05:05 / Mühüm hadisələr
Oxunma ( 2351 )

Dekabrın 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV Məclisinin növbəti iclası keçirilib.İclasda AMEA İqtisadiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, i.ü.f.d. Ramil Əliyev və Fizika İnstitutunun əməkdaşları, fizika üzrə fəlsəfə doktoru Xuraman Əhmədova və elmi işçi Şəhla Əliyeva əməkdə, təhsildə, ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə Fəxri Diplom, nişan və “İlin peşəkar gənci” fəxri adları ilə təltif olunublar.


 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.