AMEA BOTANİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ KİNOYA KONFRANSINDA İŞTİRAK EDİBLƏR
Dek 22 , 2016 | 05:19 / Mühüm hadisələr
Oxunma ( 2464 )

AMEA Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əli-zadə, İnstitutun baş elmi işçisi, a.ü.f.d. Əmrah Məmmədov və gənc mütəxəssisi Xatirə Qasımova 6-8 dekabr 2016-cı iltarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən “Marginal mühitdə gələcək ərzaq və qida təhlükəsizliyi üçün Kinoyanın istifadəsi” adlı Beynəlxalq konfransda iştirak ediblər. Konfrans Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCBA),  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının (FAO) və Zayed Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Dünyanın müxtəlif ölkələrindən 200-dən çox tədqiqatçının iştirak etdiyi konfransda Ə.Məmmədov “Kinoyanın gilli torpaqlarda duzluluq şəraitinə davamlılığı: ilk təcrübə” adlı plenar məruzəilə çıxış edib.

AMEA Botanika İnstitutunun direktoru Validə Əli-zadənin rəhbərlik etdiyi azərbaycanlı nümayəndə heyəti Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCBA) general direktoru Dr. İsmahane Elouafi, İCBA-da elmi tədqiqat və həmin təşkilatın innovasiya şöbəsinin direktoru  Dr. Shoaib İsmail və Ölkə Proqramları şöbəsinin direktoru (AsiyaRegionu) və İslam İnkişaf Bankının Ölkə Programları İdarəsi (Ərəb Regionu) müdiri Mr. Mohammad Jamal Al-Saati ilə xüsusi təşkil edilmiş görüşə dəvət olunublar. Görüş zamanı Kür-Araz ovalığında şoran torpaqların fitobərpası, kənd təsərrüfatının inkişaf etdirilməsinə yönəlmiş işlərin genişləndirilməsi üzrə müzakirə aparılıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.