Fotos
Aşqarlar Kimyası İnstitutunda magistr təhsili üzrə qış imtahan sesiyası başlayıb
Yan 05 , 2017 | 09:39 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2866 )

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda magistratura pilləsi üzrə ixtisas fənlərindən qış imtahan sesiyasına start verilib. İnstitutun Təhsil Şöbəsindən verilən məlumata görə imtahanlar 5 yanvar tarixindən başlayıb, 25 yanvar tarixinə qədər davam edəcək.

Məlumatda deyilir ki, İnstitutda hazırda "Üzvi kimya" ixtisası üzrə bir nəfər magistr təhsil alır. Həmin magistrant ixtisasa aid 5 fənndən imtahan verəcək. İlk imtahan "Zərif üzvi sintez I" fənni üzrə keçrilib. Saat 10:00-da başlayan yazılı imtahanda magistrant iki saat ərzində 5 sualı cavablandırıb. 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.