Elmin İnkişafı Fondu “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsi çərçivəsində məsləhət seminarı keçirib
Yan 06 , 2017 | 04:53 / Mühüm hadisələr
Oxunma ( 2408 )

6 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) məqsədli “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsi çərçivəsində ilk məsləhət seminarını keçirmişdir.

Seminar Fondun icraçı direksiyasının ofisində həyata keçirilmişdir. Seminarın əsas məqsədi müsabiqədə iştirak etmək üçün layihələrin hazırlanması, ərizə və əlavə olunan sənədlərin düzgün doldurulmasında çətinlik çəkən və müsabiqəyə dair sualları olan vətəndaşlara yardım etmək, bu prosesi asanlaşdırmaq və effektivliyini artırmaqdan ibarətdir.

Fondun icraçı direktoru Elçin Babayev və xanım Ədilə Babayeva seminar iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırmışlar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.