Aşqarlar Kimyası İnstitutunda gənc tədqiqatçılar Elmin İnkişaf Fondunun layihəsi çərçivəsində mühüm elmi nəticələr əldə ediblər
Yan 09 , 2017 | 12:39 / Elmi müsabiqələr
Oxunma ( 3149 )

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin (EİF/GAM-3-2014-6(21)) qalibi olmuş "Antimikrob xassələrə malik fizioloji fəal üzvi birləşmələrin kimyəvi və mikrobioloji sintezi və alınan maddələrin xüsusiyyətlərinin və tətbiq sahəsinin müəyyənləşdirilməsi" layihəsi çərçivəsində bir sıra mühüm elmi nəticələr əldə olunub. Layihə rəhbəri Sevinc Qocayevanın sözlərinə görə, sintez edilmiş di-,tetrahidropirimidintionların funksional xassələrinin təd­qiqindən məlum olmuşdur ki, bu yeni biləşmələr multidissiplinar xarakter daşıyır. Yəni onlar həm yüksək fizioloji fəal birləşmələrdir, eyni zamanda onların bəzi nümayəndələrinin antioksidant, antimikrob aşqarlar kimi sürtkü materiallarının keyfiyyət göstəricilərini yaxşılaşdırması, istismar müddətini artırması mümkündür. Sintez olunmuş birləşmələrin antimikrob,antibakterial, antifunqisid təsirlərinin analoqları olan yağda antimikrob vasitə kimi 8-oksixinolin, antioksidant vasitə kimi ionol, tibbi preparat kimi rivanol, furasilin, nitrofunqindən yüksək olduğu Azərbaycan Tibb Universiteti və AMEA Mikrobiologiya İnstitutu və AMEA Aşqarlar Kimyası İnstitutunda laboratoriya sınaqları ilə və müvafiq aktlarla təsdiq edilmişdir. Hətta bu nəticələrin bir hissəsi AMEA Kimya elmləri Bölməsinin 2016-cı il üzrə ən mühüm nəticəsi kimi qəbul olunmuşdur.

Sintez edilən di-, tetrahidropirimidintionların əksər nümayəndələri müxtəlif mikroorqanizmlərə qarşı bakterisid, fungisid və antivirus təsiri öyrənilmişdir. Onlar içərisində etil-6-metil-2-tiokso-4-(p-tolil)-1,2,3,4-tetrahidropirimidin-5-karboksilat,etil-4-(2-hidroksifenil)-6-metil-2-tiokso-1,2,3,4-tetra-hidropirimidin-5-karboksilat və benzil-6-metil 2-tiokso-4-(o-tolil)-1,2,3,4-tetrahidropirimidin-5-karboksilat yüksək antimikrob xassə göstərdiyindən Azərbaycan Respublikasının  Patentini almaq üçün iddia sənədləri təqdim edilmişdir. İxtiraya ilkin müsbət rəy verilmiş, onun rəsmi bülletenə daxil edilməsi qərara alınmışdır. (Patentə təqdim oluna ixtiranın adı: Etil-4(2-hidroksifenil)-6-metil-2-tiokso-1,2,3,4-tetrahidropirimidin-5-karboksilat antimikrob maddə kimi”. //Patent. Az. SMPDK-nin ixtiralar, faydalı modellər sənaye nümunələri, rəsmi bülleten A20160010).

  Məlumatda deyilir ki, layihə çərçivəsində əldə olunan elmi və təcrübi nəticələrin istifadə perspektivləri yüksəkdir. Müvafiq ixtira şəhadətnaməsi alındıqdan sonra, onun və sınaq aktları əsasında AMEA nəzdində Yüksək Texnologiyalar Parkı və Tcərübə Sənaye Zavodu qarşısında konkret təkliflər verilməsi planlaşdırılıb.

Layihə içraçısı Hüseynova Mənsurə Teyfur qızı 21-28 noyabr 2016-cı il tarixlərində Türkiyənin aparıcı elm mərkəzi olan Orta Doğu Texnik Universitetinin (ODTÜ) Kimya Bölümündə təcrübə keçmək üçün ora ezam olunmuşdur. Bölüm Başkanı Prof., Dr. Cihangir Tanyeli rəhbərliyi ilə Kimya Bölümünə aid olan üzvi, analitik, fiziki-kimyəvi analiz laboratoriyalarda təcrübə keçmiş, onların ümumi işi ilə yaxından tanış olmuşdur.  

Layihə çərçivəsində əldə edilən əsas elmi nəticələrlə bağlı 3 məqalə (Böyük Britaniyanın Journal of Enzyme Inhibition and Medicinal Chemistry - impakt faktor -3.428, Journal of Biochemical and Molecular Toxicology – impakt faktor – 3.05 və ABŞ-ın İnternational Journal of Analytical Chemistry USA – impakt faktor-1.076 jurnallarındadır) çapa qəbul olunmuşdur. 1 məqalə çapa göndərilmiş, 3 məruzə tezisi dərc olunmuş və 1 patentin ixtira obyekti olmasına qərar verilmişdir.

 

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.