"Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri" elmi jurnalının növbəti sayı üçün məqaələ qəbulu elan edilib
Yan 16 , 2017 | 10:00 / Mühüm hadisələr
Oxunma ( 2299 )

AMEA nəzdində RSXM-nin  elmi nəşri olan "Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri" elmi jurnalının növbəti sayı üçün məqalə qəbulu elan edilib.

Məqalələrin qəbulu şərtləri

Məqalələrin mətni üçün şriftlər

Təqdim olunan məqalələrin mətni komputerdə Microsoft Word 2007 (doc.; docx.) və ya  PDF (.pdf) - hər iki proqramın yeni versiyaları olmaqla yazılır.

Mətn üçün şriftlər:

Azərbaycan dilində - Times New Roman

İngilis dilində - Times New Roman

Rus dilində - Times New Roman

Səhifənin formatı

Səhifənin ölçüləri A-4 (21,0 x 29,7 sm) formatına uyğun olmalıdır. Səhifədə yazı səhifəsinin sol tərəfindən 3sm, sağ tərəfindən 1,5 sm, yuxarı və aşağı tərəflərdən isə 2 sm sahə saxlanılır.

Məqalənin adı

Təqdim olunmuş məqalələr heç bir yerdə çap olunmamış olmalıdır. Məqalənin adı müvafiq əlifbanın böyük hərfləri ilə qalın (bold) yazılır (şriftin ölçüsü 12pt, sətirlərin arasındakı məsafə bir interval) ,  səhifənin orta xəttinə nisbətən simmetrik yerləşdirilir. Məqalələr 8-12 səhifə həcmində olmalıdır.

Müəllif(lər)in adı, atasının adı və soyadı

Məqalənin adından sonra 1 sətir boş yer saxlamaqla aşağıda müəllif(lər)in tam adı, atasının adı və soyadı qısa şəkildə qalın hərflərlə (12 pt, bir interval) və 2 intervaldan sonra təşkilatın adı və poçt ünvanı yazılır.

Müəllif(lər)in işlədiyi təşkilatın adı və ünvanı

Müəllif(lər)in adı, atasının adı və soyadından aşağıda 1 sətir boş sahə saxlamaqla kursiv şriftlə (12 pt, bir interval) müəllif(lər)in işlədiyi təşkilatın adı və ünvanı yazılaraq səhifənin mərkəzinə nəzərən simmetrik yerləşdirilir. Əgər məqalənin müəllifləri ayrı –ayrı təşkilatlarda işləyirsə, onların hər birinin ünvanı yazılmalıdır və hər bir müəllifə məxsus ünvan ərəb rəqəmləri ilə nömrələnərək dəqiq göstərilməlidir. Ünvan(lar)dan aşağıda bir sətir boş sahə keçdikdən sonra məqalənin annotasiyası verilir.

Annotasiya

Məqalənin (onun yazıldığı dildə) qısa məzmunu (annotasiya sözü yazılmadan) verilir (12pt ).  Sətirlər arasında məsafə bir interval olmalıdır. Annoyasiyalar 50-150 sözlükdən ibarət olmalıdır. Hər bir müəllif təqdim etdiyi məqalənin annotasiyasını üç dildə -Azərbaycan, rus və ingilis dillərində (yerli alimlər), iki dildə -Rus və ingilis dillərində  (xarici alimlər) təqdim etməlidirlər.

Mətnin hazırlanması

Bütün  abzasların birinci sətri yazı sütununun sol kənarından 1 sm geri çəkilməklə başlanılır. Məqalə mətninin sətirləri arasında məsafə 1,5 interval olmalıdır. Şriftin ölçüsü 14 pt. Mətn yığılarkən abzas başa catmamiş ENTER düyməsi basılmamalıdır. Məqalə Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər.

Ədəbiyyata istinad mətninin içində, mötərizədə müəllifin soyadı və nəşr ili, məs.: (Rzayev, 1980) kimi veriliməlidir.

Şəkillər, cədvəllər və düsturlar

Məqalədə şəkillərin (xəritə, diaqram, sxem və s.) hər biri tərtib olunduğu proqramdan asılı olmayaraq vahid obyekt şəklində  (ayrı-ayrı şəkillərin süni surətdə birləşdirilməsi yolverilməzdir) mətnin sonunda verilir və ya JPEG (*-jpeg,*.jpeg) formatında fayl şəklində verilir. Şəkilaltı yazı, şərti işarə, izah və c. Şərhlər 12 pt ölçülü qalın (bold) şriftlə yığılıb təqdim edilməlidir. Cədvəllər ardıcıl olaraq nömrələnməlidir. Məqalələrdəki bütün şəkillər eyni standartda olmalıdır.

Cədvəlin nömrəsi və adı onların üstündə 12pt plçülü şriftlə verilir.

Düsturları yazmaq üçün Microsoft equation 2 və ya 3 redaktoru istifadə edilir.

Ədəbiyyat

İstifadə olunan ədəbiyyatın siyahısı məqalənin sonunda, əlifba sırası ilə verilir: müəllif, nəşr ili, məqalənin adı, nəşr yeri.

Qeyd: Jurnalda nəşr olunmaq üçün təqdim ediləcək məqalələr əvvəlcə Redaksiya Heyəti tərəfindən risenziyaya göndəriləcək və risenziya almış məqalələr çap ediləcəkdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.