AMEA-nın Mərkəzi Nəbatat Bağında “Elmi tədqiqatlar üçün elektron məlumat bazalarından səmərəli istifadə” mövzusunda maarifləndirici seminar keçirilib
Yan 26 , 2017 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2425 )

AMEA-nın Mərkəzi Nəbatat Bağında (MNB) “Elmi tədqiqatlar üçün elektron məlumat bazalarından səmərəli istifadə” mövzusunda maarifləndirici seminar keçirilib. Bağın direktor vəzifəsini icra edən, b.ü.f.d., dosent Vahid Fərzəliyev alimlərin dünya səviyyəsində elmi araşdırmalarının aparılması və elmi əsərlərin istinad indeksli jurnallarda dərc olunmasının dünya elminə inteqrasiya baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

MNB-nın doktorantı Aynur Ərəbzadə elmi nəticələrin təbliği məqsədilə AMEA və “Thomson Reuters” təşkilatları arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində bu kimi bazaların təcrübəsi, yüksək indeksli nəşrlərdə məqalələrə qoyulan tələblər, məqalələrinin qiymətləndirilməsi və çap olunma texnologiyasının mənimsənilməsinin əhəmiyyətindən danışıb.

Seminarı Botanika İnstitutunun Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dosent Rəşad Səlimov davam etdirərək, alim və mütəxəssisləri elmi tədqiqat işlərinin hazırlanması zamanı “Web of Science” və “Scopus” kimi qlobal məlumat bazalarının imkanları və əsas elementlərindən səmərəli istifadə qaydaları ilə tanış edib. O, qlobal elmi bazaya çıxışı təmin edən “Web of Science” Məlumat Platformasına daxil olan aparıcı beynəlxalq elmi nəşrlərin seçilməsi qaydalarını izah edib. AMEA-nın elmi müəssisələri, o cümlədən, MNB üçün də istifadəyə açıq olan “Web of Science” saytında və elmi istinadların məlumat bazası axtarış vasitələrindən səmərəli istifadə yolları əyani olaraq göstərilib.

Qeyd edək ki, cari ilin oktyabr ayında AMEA ilə “Thomson Reuters” təşkilatı arasında imzalanmış müqaviləyə əsasən Akademiyanın 40-dan çox elmi-tədqiqat müəssisəsi və orada çalışan alim və mütəxəssislər üçün “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanları yaradılmışdır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.