Fotos
AMEA Ədəbiyyat İnstitutunda gənc alimlərə ilk dəfə "İlin gənc alimi" nişanı verildi
Fev 01 , 2017 | 05:21 / Elmi müsabiqələr
Oxunma ( 3242 )

31 yanvar 2017-ci il tarixində AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında İnstitutun Elmi Şurasının növbəti iclası kecirilib. İclasın əsas məsələlərindən biri İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının hesabatının dinlənilməsi olmuşdur.  İclasın sədri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli dövlətimizin gənclər siyasətindən, ölkəmizdə gənclərə göstərilən qayğıdan söhbət açıb. Akademiyanın gənc alimlərinin qazandığı uğurlardan və onların öhdəliyinə düşən vəzifələrdən danışan akademik İsa Həbibbəyli gənclərin akademiyanın elmi, ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirib.

Sonra İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayeva İnstitutun gənc alimlərinin 2016-cı il üzrə fəaliyyəti barədə geniş məlumat  verib. 

Daha sonra 2016-cı il üzrə "İLİN GƏNC ALİMİ" nominasiyasi üzrə qaliblər - fil.f.d. Lalə Həsənova, Elnarə Qaragözova və Mətanət Vahidova mükafatlandırılıb. Qeyd edək ki, bu il "İLİN GƏNC ALİMİ" mükafatı diplom formatında təqdim edilmiş, ilk dəfə olaraq "İlin gənc alimi" nişanı təsis edilmisdir. 

Tədbirdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, professor Qəzənfər Paşayev və başqaları çıxış edərək ümummmilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısnı vurğulayıblar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.