2017-ci il Gənclər üçün Prezident mükafatları təqdim olundu
Fev 02 , 2017 | 02:00 /
Oxunma ( 2371 )

 

Azərbaycan Respublikası Prezidenti 2017-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2017-ci il Gənclər üçün Prezident mükafatları verilir:

Bağırov Emil Oqtay oğlu

İsrayılova Aygün Əlimərdan qızı

Məcidova Məryəm Teymur qızı

Seyidov Mirhəsən Mirheydər oğlu

Suxostat Lyudmila Valentinovna

Vəkilov Vurğun Mehman oğlu.

Həmin mükafat bu gün "Buta Palace"də təşkil olunan mərasimdə təqdim olunub.

Qeyd edək ki, elm nominasiyası isə bu mükafat AMEA İnformasiya Texnologiyalar İnstitutunun gənc tədqiqatçısı Suxostat Lyudmilaya verilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.