Fotos
AMEA-nın yeni İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası yaradıldı
Fev 09 , 2017 | 02:56 / Mühüm hadisələr
Oxunma ( 2867 )

 09.02.2016-cı il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının yeni yaradılan Neft və Qaz İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis iclası keçirildi. Tədbiri giriş nitqi ilə açıq elan edən  İnstitutun elmi işlər üzrə direktor müavini g.m.e.d, professor Vaqif Qurbanov bildirdi ki, bu elmi müəssisənin kollektivin formalaşmasında gənclərə xüsusi yer verilir. Onun sözlərinə görə, keçirilən bu günki yığıncağın məqsədi də məhz İnstitutda mövcud gənclərin fəaliyyətini koordinasiya edəcək Şuranın yaradılması, istedadlı gənclərin bir-biri ilə əlaqələndirilməsidir.

Akademiya Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, dosent Famin Salmanov çıxışında İnstitutun gənclərinə AMEA Rəyasət Heyətinin “AMEA Gənc Alim və Mütəxəssislər Şurasının yaradılması” haqqında müvafiq Qərarına uyğun olaraq Akademiyanın elmi müəssisələrində eyniadlı şuraların yaradılması məsələsi haqqında məlumar verdi. O qeyd etdi ki, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası və onun alt strukturları kimi formalaşan yerli şuralar GAMŞ-nın “Nizamnamə”si əsasında fəaliyyətlərini təşkil edir. “Əsasnaməyə görə elmi müəssisələrdə Şuranın təşkil edilməsi, İdarə Heyətinin, onun sədr və müavinlərinin seçilməsi məsələsi həmin müəssisələrin gənclərinin ümumi səsverməsi ilə həyata keçirilir”.

Sonra yerli Şuranın İdarə Heyətinin tərkibi formalaşdırıldı.  və açıq səsvermə ilə Neft Qaz İnstitutunun elmi işçisi Əsgərova Rəqsanə Şura sədri, Balakçı Vüsalə, Oleq Kirisenko sədr müavinləri və Hacıyeva Yeganə elmi katib seçildi.

Sonda İnstitut gəncləri çıxış edərək öz firkirlərini bölüşdülər, rəy və təkliflərini bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.