Fotos
Kaspi Liseyinin “Ağ şəhər “ filialının şagirdləri üçün “Açıq qapı” günü keçirilib
Fev 14 , 2017 | 03:00 / Görüşlər
Oxunma ( 2676 )

Fevralın 12-də AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Kaspi Liseyinin “Ağ şəhər “ filialının şagirdləri üçün “Açıq qapı” günü keçirildi. Qeyd etmək lazımdır ki, elmlə təhsilin vəhdətinin təmin edilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun olaraq təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi AMEA-nın qarşısında duran əsas vəzifələrdir. Bu nöqteyi – nəzərdən belə tədbirlərin keçirilməsində məqsəd şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılmasıdır.

Tədbir çərçivəsində şagirdlər institutun müxtəlif laboratoriyaları ilə tanış oldular, onlara müasir cihaz və avadanlıqlar haqqında onlara məlumat verildi. Həmçinin, İnstitutun alimləri və gənc mütəxəssisləri aparılan tədqiqat işləri, onların praktiki əhəmiyyəti və tətbiq perspektivləri barəsində şagirdlərə geniş informasiya verdilər.

Bundan başqa şagirdlərə institutda vaxtilə çalışmış və hal- hazırda işləyən görkəmli alimlərin həyat və elmi fəaliyyətləri haqqında da, məlumat verildi.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.