Gənc tədqiqatçılar “Gənclər günü” münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunublar
Fev 15 , 2017 | 05:20 / Elmi müsabiqələr
Oxunma ( 2587 )

Fevralın 15-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında gənc əməkdaşlar “Gənclər günü” münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunublar.

AMEA-nın prezidenti, akademik Aki Əlizadə İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, Gənclər üçün Prezident Mükafatı laureatı, texnika üzrə fəlsəfə doktoru Lyudmila SuxostatKataliz və Qeyri-üzvi Kimya İnstitutunun kiçik elmi işçisi Natəvan Soltanova, Coğrafiya İnstitutunun elmi işçisi Samirə Abuşova, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantı Nərgiz Bayramova və institutun baş laborantı Cəmilə Bayramova, Genetik Ehtiyatlar İnstitutunun kiçik elmi işçisi Səbinə Hacıyeva, Zoologiya İnstitutunun böyük laborantı Səbinə Həsənova, Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafarzadə və Naxçıvan Bölməsinin kiçik elmi işçisi Turac Süleymanovaya AMEA-nın Fəxri Fərmanını təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.