Fotos
AMEA Botanika İnstitutunun gənc alimi İspaniyada təcrübəkeçmə proqramında iştirak edib
Fev 15 , 2017 | 01:00 /
Oxunma ( 2205 )

Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dosent Rəşad Səlimov İspaniyanın Bilbao şəhərində IPBES (Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm-Siyasət Platforması) tərəfindən təşkil olunan IPBES Gənc aparıcı mütəxəssislərin təcrübəkeçmə proqramında iştirak etmişdir. AMEA Botanika İnstitutu İctimaiyyətlə əlaqələr xidmətinin məlumatına görə, tədbirin məqsədi IPBES-in biomüxtəliflik və ekosistem xidmətləri üzrə davam edən 6 müxtəlif qiymətləndirilməsinə cəlb olunmuş gənc mütəxəssislərin müvafiq bilik və bacarıqlarını inkişaf etdirmək,  müzakirələr yolu ilə maraqlı və faydalı məlumatları paylaşmaq, onlar arasındakı əməkldaşlığı gücləndirməkdən ibarətdir. 
Qeyd edək ki, R.Səlimov IPBES Biomüxtəliflik və Ekosistem Xidmətlərinin Qlobal Qiymətləndirilməsi üzrə IPBES gənc aparıcı mütəxəssislərin təcrübəkeçmə proqramına 246-dan çox namizəd arasından 16 nəfərdən biri kimi seçilmişdir. Qlobal qiymətləndirmə üzrə IPBES gənc aparıcı mütəxəssisləri musabiqəsi IPBES-in çoxsahəli ekspert paneli üzvlərinin (MEP) və qiymətləndirmə üzrə həmsədrlərin daxil olduğu idarəetmə heyəti tərəfindən aparılıb. Proqram, fərdlərə karyeralarının erkən mərhələlərində biomüxtəliflik və ekosistem xidmətləri ilə bağlı ənənəvi və məhəlli bilik, sosial, iqtisadi və biologiya elmləri sahəsində və siyasətin hazırlanmasında özlərini inkişaf etdirməyə imkan yaradacaqdır. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.