“Hüseyn Cavid və müasir gənclik” mövzusunda respublika elmi konfransı keçiriləcək
Fev 26 , 2017 | 09:00 / Mühüm hadisələr
Oxunma ( 4702 )

24 oktyabr 2017-ci il tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyində görkəmli şair, böyük dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş “Hüseyn Cavid və müasir gənclik”mövzusunda respublika elmi konfransı keçiriləcək.

Tədbirdə iştirak etmək istəyən tədqiqatçılar 15 iyun 2017-ci il tarixinədək məruzələrinin tezislərini huseinjavid@gmail.com elektron ünvanına göndərə bilərlər.

Tezislərin hazırlanması və göndərilməsi:

- Tezislərin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi (əgər varsa), əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir;

- Mətnin həcmi – 1 səhifəyədək;

- Şrift – Times New Roman, 12, sətirlərarası interval – 1,5.

Məruzələrin tərtibinə dair tələblər:

- Kağızın formatı – A4, Word redaktorunda;

- Həcmi – 5 səhifəyədək;

- Şrift – Times New Roman 12;

- Sətirlərarası interval – 1,5;

- İstinadlar – avtomatik, səhifənin sonunda (şrift – Times New Roman 10).

Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, onlarda düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi, 8.

Telefon: (+994 12) 492 06 57;

Faks: (+994 12) 598 52 11;

Əlaqələndirici şəxs: Könül Məhərrəmova.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.