Fotos
AMEA BOTANİKA İNSTİTUTUNUN GƏNC MÜTƏXƏSSİSLƏRİ TÜRKİYƏNİN ANKARA UNİVERSİTETİNDƏ EZAMİYYƏTDƏ OLUB
Fev 28 , 2017 | 01:00 / Mühüm hadisələr
Oxunma ( 2735 )

AMEA Botanika İnstitutunun doktorantı Xatirə Qasımova və magistr Emin Hüsüyev Türkiyənin Ankara şəhərində elmi ezamiyyətdə olublar. Ezamiyyət Botanika İnstitutu və  Ankara Universitetinin  Torpaq və Bitki Qidalanma Departamenti, Tarla Bitkiləri Departamenti, Geoloji Mühəndislik Departamenti və Ankara Kənd Təsərrüfatı Tədqiqat İnstitutu əməkdaşlarının birgə təşkil etdiyi “Tələbə tədqiqat proqramı” üzrə  həyata keçirilib.
Gənc mütəxəssislər ezamiyyət dövründə Ankara Universitetinin uyğun laboratoriyalarında “Respublikanın yarımquraq zonasında yerləşən Kür-Araz ovalığının  azməhsuldar şorlaşmış  torpaqlarında ərzaq təminatının yüksəldilməsi” layihəsi çərçivəsində Kür-Araz ovalığının mərkəzi ərazisində (Kürdəmir rayonunda yerləşən Karrar dayaq məntəqəsində) aparılan tədqiqatlar zamanı götürülmüş bitki və torpaq nümunələri üzərində  yem bitkilərinin inkişafına abiotik stressin təsiri üzrə analizlər aparıblar. Bura torpaq teksturası, qida maddələrinin təyini (Kjeldahl, Spektrofotometr və Fleymfotometr cihazı), bitki və torpaq mineral tərkibininXRF cihazı ilə təyini (Ca, Mg, Na, Cd, Cu, Zn, Al, Mn, Mo, S) və bəzi biokimyəvi (qaba zulal, NDF və ADF) analizlər daxildir. Təcrübə muddətində bitki və torpaq analizləri üzrə yeni  metodlar mənimsənilib, bəzi nümunələrin analizləri müştərək aparılıb.  
Qeyd edək ki, Botanika İnstitutu və Ankara Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanması planlaşdırılır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.