Fotos
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının yeni İdarə Heyəti formalaşdırılıb
Mart 01 , 2017 | 06:10 / Mühüm hadisələr
Oxunma ( 3473 )

 AMEA-nın Hüquq və  İnsan Haqları İnstitutunda  İnstitut daxili Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin seçilməsi ilə bağlı növbəti yığıncaq keçirilmişdir.

Yığıncaq İnstitunun direktoru, hüquq elmləri doktoru, Milli Məclisin deputatı Aytən Mustafazadənin, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanovun və İnstitut əməkdaşlarının iştirakı  ilə toplanmışdır.

İclasda ilk əvvəl Şuranın fəaliyyəti ilə bağlı hesabatlar dinlənildi, cari ildə görüləcək işlərin mərhələləri müəyyən edildi. Həmçinin təşkilati məsələlərə nəzər yetirilərək Hüquq və İnsan Haqları İnstitunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri:

 

1.    Aslanov Zamiq Novruz oğlu

2.    Rüstəmzadə Ayxan Xankişi oğlu

3.    Quliyev Aqil Müslim oğlu

4.    Məmmədova Leyla Cəlil qızı

5.    Qasımova Günay Akif qızı

6.    Yaqubova Təranə Əlibaba qızı

7.    İbrahimov Şikar Mürşüd oğlu  olmaqla seçildi.

 

Eyni zamanda üzvlər səsvermə yolu ilə hüquq elmləri doktoru  Rüstəmzadə Ayxan Xankişi oğlunu sədr, Quliyev Aqil Müslim oğlunu isə sədr müavini seçdilər.

                           

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.