AMEA Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçiriləcək
Mart 03 , 2017 | 07:48 / Mühüm hadisələr
Oxunma ( 2497 )
09 mart 2017-ci il tarixində (saat 14:00-da) Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Sədrlər Şurasının növbəti ümumi iclası keçiriləcəkdir. İclasda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 2017-ci il üzrə fəaliyyət planı, bəzi struktur dəyişikliklər və s. haqqında məsələlərin müzakirəsi nəzərdə tutulub.      Qeyd edək ki, cari ilin fəaliyyət planı AMEA Rəyasət Heyətinin 22 fevral 2017-ci il tarixli iclasında qəbul olunmuşdur. Həmin sənəddə AR Gənclər və İdman Nazirliyi ilə birgə "islam ölkələrinin gənc alimlərinin beynəlxalq konfransı, AMEA Rəyasət Heyəti ilə birgə "Magistr-2017" müsabiqəsi və Yüksək Texnologiyalar Parkı ilə birgə "Texnostar" kimi yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulub. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.