UETM və AMEA Məqsədli Tədqiqat və İnkişaf Təşəbbüsləri Proqramı çərçivəsində 2017-2018-ci ilin müsabiqəsini elan edir
Mart 06 , 2017 | 05:55 / Elmi müsabiqələr
Oxunma ( 4199 )

6 mart 2017-ci il tarixdə Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM) və Azərbaycan Milli Elmlər Akademiyası arasındakı əməkdaşlıq haqqında bəyanata əsasən, “Məqsədli Tədqiqat və İnkişaf Təşəbbüsləri 2017-2018” müsabiqəsi elan olunur.

Müsabiqə aşağıdakı elmi prioritetləri nəzərdə tutur:

  1. Həyat elmləri, biotibb sahəsi, farmasevtika, insan sağlamlığının təmin olunması və möhkəmləndirilməsi.
  2. Aqrar biotexnologiyaları, torpağın məhsuldarlığı və qida məhsullarının təhlükəsizliyi.
  3. Energetik komplekslərin effektivliyinin artırılması, enerji mənbələrinin bərpa olunması, palçıq vulkanı-torpaq sürüşməsi riskinin, zəlzələ fəlakətinin qarşısının qabaqcadan alınması və səviyyəsinin azaldılması məqsədilə seysmik təhlükənin qiymətləndirilməsi modelləri, enerji təhlükəsizliyi (təbii və texnoloji risklər).

 Daha ətraflı məlumatı buradan əldə etmək mümkündür.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.