Mart 15 , 2017 | 04:28 / Görüşlər
AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimovanın təşəbbüsü və gənc alimlərin dəstəyi ilə İnstitutun bir qrup əməkdaşı kimsəsiz uşaq evini ziyarət ediblər. Tədbir Ramana qəsəbəsində yerləşən 7 saylı Uşaq Nevroloji Sanatoriyasındakı şəraitlə tanışlıqdan başlayıb. Ordakı şərait, uşaqların qidalanması və s. haqqında ətraflı məlumat verən Sanatoriyanın baş həkimi Firəngiz Heydərova, baş tibb bacısı Züleyxa Qurbanova və digər əməkdaşlar gənc alimlərin iştirakı ilə sanatoriyanın 3-7 yaş arası sakinlərini Novruz bayramı münasibətilə təbrik etmiş, onları bayram sovqatı ilə sevindirmişlər. Eyni zamanda tədbirdə körpələrimiz də gənc alimlərə süpriz etmiş, özlərinin şer və mahnıları ilə həm Fiziologiya İnstitutunun əməkdaşlarını, həm Azərbaycan xalqına öz təbriklərini çatdırıblar.