Azərbaycanda ilk virtual laboratoriya yaradılır
Mart 26 , 2017 | 10:00 /
Oxunma ( 2381 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu elmi tədqiqatların aparılması üçün virtual laboratoriyanın yaradılması üzrə təcrübi iş aparır. İnstitutun virtual laboratoriyanın istismara verilməsi üzrə planı aprelin əvvəlində açıqlanacaq. Laboratoriya beynəlxalq sertifikat alındıqdan sonra istifadəyə veriləcək.

Virtual laboratoriyanın istismara verilməsi üçün Geologiya və Geofizika, eləcə də Neft və Qaz və Radiasiya Problemləri institutlarına əsaslanan zəruri avadanlıqlar installyasiya olunub.

Laboratiyanın imkanlarından AMEA-nın institut və struktur bölmələrinin elmi əməkdaşları, həmçinin ölkənin elmi tədqiqat və təcrübələr aparan ali təhsil müəssisələri yararlana biləcəklər.

Virtual laboratoriya hesablama gücləri və mərkəzləşdirilmiş idarəetmədən səmərəli istifadə məqsədilə yaradılır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.