Gənc alim və mütəxəssislərin IV institutlararası futbol çempionatında növbəti həyəcan başlayır!!!
Mart 27 , 2017 | 06:28 / İdman yarışları
Oxunma ( 2895 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, AMEA İşlər İdarəsi və AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə “AMEA-nın Gənc Alim və Mütəxəssislərinin IV İnstitutlararası Futbol Çempionatı”na start verilir. Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan ənənəvi çempionata qatılmaq istəyən komandalar 05 aprel 2017-ci il tarixinədək iştirakları ilə bağlı ərizələri AMEA Gənc Alim və Mütəxəssislər Şurasına təqdim etməlidir. Turnirdə iştirakla bağlı tələbər aşağıdakılardır:

İştirakçı ərizəsində hər komandanın heyətində maksimum 10 nəfər olmalıdır;

Komandanı təmsil edən hər bir oyunçu haqqında məlumatları (ad, atasının adı, soyadı, işlədiyi şöbə, vəzifəsi, 3x4 ölçüdə şəkil) özündə ehtiva edən “İştirakçı ərizəsi” İnstitutun rəhbərliyi tərəfindən təsdiq (imza və möhürlə) edilməlidir;

İnstitut/Təşkilat üzrə komandanın təşkili məsələsinə həmin müəsissənin Gənc Alim və Mütəxəssislər Şurası cavabdehlik və məsuliyyət daşıyır.


Yuxarıda qeyd olunan tələbləri ödəməyən komandaların ərizələri qəbul olunmayacaq.

Ünvan: AMEA Gənc Alim və Mütəxəssislər Şurası, Hüseyn Cavid pros., 115, otaq 101
Əlaqə: 012 539 25 79

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.