AMEA Aşqarlar Kimyası İnstitutunda gənc alimlərə adlı mükafat veriləcək
Mart 30 , 2017 | 10:00 / Elmi müsabiqələr
Oxunma ( 2574 )

Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu Gənc Alim və Mütəxəssislər Şurası gənc tədqiqatçılar arasında 2017-ci il üzrə “akademik Əli Quliyev adına mükafat” müsabiqəsi elan edir. Müsabiqənin şərtlərinə görə, bu mükafata İnstitutda çalışan və yüksək elmi nəticə göstərən bir nəfər gənc alim layiq görüləcək. Namizədlərin seçimi zamanı onların "Tomson Reuters" Agentliyinin Elmi İnformasiya İnstitutunun (İSİ) ISI Web of Knowledge axtarış sistemində referatlaşdırılımış yüksək impakt faktorlu jurnallarda məqaləsinin dərc olunması, xarici ölkələrin birində beynəlxalq konfransda məruzə etməsi, əhəmiyyətli patent alması, elmi əsərlərinə olan istinadlar kimi əsas meyarlara üstünlük veriləcək.

         Aşqarlar Kimyası İnstitutunun Mükafat üzrə Ekspert Komisiyası bütün namizədlər içərisindən 1 nəfəri İnstitut Elmi Şurasının müzakirəsinə təklif edəcək. Şura üzvləri təklif olunan namizədi müzakirə edib haqqında qərar verəcək.

Seçilmiş namizədə diplom və pul mükafatı akademik Əli Quliyevin doğum günündə (may ayının 31) təqdim olunacaq.

Məlumat üçün qeyd edək ki, gənclər üçün "akademik Əli Quliyev mükafatı" artıq 4 ildir ki, təsis olunub. İndiyə qədər 4 gənc alim bu mükafa layiq görülüb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.