Fotos
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü AMEA Gəncə Bölməsində də qeyd olunub
Mart 31 , 2017 | 05:13 / Mühüm hadisələr
Oxunma ( 2364 )

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin konfrans zalında 31 Mart Azərbaycanlıların Soyqırımı günü münasibətilə anım tədbiri keçirilmişdir.

Tədbiri AMEA Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev açıq elan etdikdən sonra bir dəqiqəlik sükutla soyqırımı qurbanları yad edilmişdir.

Sonra giriş sözü ilə Bölmənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov çıxış etdi. Natiq çıxışında xalqımıza qarşı müxtəlif tarixi dövrlərdə həyata keçirilmiş məkrli soyqırımları haqqında məlumat verdi. 

 Tədbirin gedişində Bölmənin əməkdaşlarından Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva, Diyarşünaslıq İnstitutunun elmi işçisi Namlet Allahverdiyev, Bölmənin YAP ərazi ilk partiya təşkilatının sədr müavini Aytən İsmayılova, Bioresurslar İnstitutunun Boyaq emalı texnologiyası laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru İmran Qasımov və digərləri çıxış etmişlər.

Çıxışlarda tarixən ermənilərin Azərbaycan xalqına qarşı xəyanətlərindən, insanlığa yaraşmayan qanlı əməllərindən, misli görünməmiş cinayətlərindən söz açılmış, erməni separatizmi, “Böyük Ermənistan” xülyasının tarixi qaynaqları barədə fikirlər bildirilmiş, gənc nəslə tarixi həqiqətlərimizin çatdırılmasının vacibliyi vurğulanmışdır.

Sonda AMEA Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev azərbaycanlılara qarşı zaman-zaman törədilmiş kütləvi qırğınlar barədə danışıb, bununla əlaqədar tarixi faktları diqqətə çatdırıb. Natiq çıxışında bildirib ki, bu cür tarixi faktlar yalnız ildönümləri zamanı deyil, adi günlərdə də yad edilməlidir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.