AMEA-nın elmi müəssislərinin Təhsil şöbələrinin məsul əməkdaşları üçün təlimlər keçiriləcək
Apr 07 , 2017 | 08:51 / Görüşlər
Oxunma ( 2587 )

İmtahanların təşkili işinin daha da yaxşılaşdırılması məqsədi ilə AMEA-nın elmi müəssislərinin Təhsil şöbələrinin məsul əməkdaşlarının iştirakı ilə “Elektron test sistemi”nin istismarı üzrə təlimlər keçiriləcək.

Təlimlər 12-26 aprel 2017-ci il tarixlərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində təşkil olunacaq. Sonda iştirakçıların bilikləri imtahan əsasında qiymətləndiriləcək, müvəffəqiyyət qazanmış şəxslərə sertifikatlar təqdim olunacaq.

Treninqdə iştirak edəcək şəxslərin minimum İKT biliklərinə malik olması vacibdir.

Məlumat üçün qeyd edilir ki, AMEA Rəyasət Heyətinin “İxtisas fənnləri üzrə proqramların və test bankının təsdiq edilməsi haqqında” 4 noyabr 2015-ci il tarixli qərarına əsasən AMEA-nın elmi müəssisələrində ixtisas fənnləri üzrə doktoranturaya qəbul və doktorluq imtahanları test üsulu ilə keçirilir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.