Fotos
AMEA-nın institutlarası ənənəvi futbol çempionatı həyacanı yenidən başlayır
Apr 12 , 2017 | 04:25 / İdman yarışları
Oxunma ( 3037 )

Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, bu qurumun İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş gənc alim və mütəxəssislərin IV Futbol Çempionatına start verilib. Bu münasibətlə 11 aprel 2017-ci il tarixində çempionatın püşkatma mərasimi keçirilib. Çempionata qatılmaq istəyən komandaların nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə Şura sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov ümumi məlumat verərək, bildirib ki, ənənəvi yarış 16 komandanın iştirakı ilə 4 qrup üzrə oynanılacaq. Yarışlara 18 aprel 2017-ci il tarixində saat 13:00-da ötən ilki çempionatın qalibi Fizika İnstitutu ilə İdarəetmə Sistemləri İnstitutunun eyni adlı komandalarının qarşılaşması ilə baş tutacaq. Oyunlar AFFA-nın Peşəkar Futbol Liqasının hakimləri tərəfindən idarə olunacaq.

Qeyd edək ki, çempionatın açılış mərasimi isə həmin gün saat 12:30-da AMEA Şəhərciyinin Futbol meydançasında olacaq.

 Turnir Cədvəli

18 aprel

Saat 13.00

 

C qrupu

Memarlıq və İncəsənət İnstitutu - Dendrologiya İnstitutu

 D qrupu

Fizika İnistitutu - İdarəetmə Sistemləri İnstitutu

 Saat 14.00

 C qrupu

Neft Kimya Prosesləri İnstitutu - Coğrafiya İnstitutu

D qrupu

Respublika Seysmoloji Xidmət Mərkəzi- Kataliz və Qeyri üzvi  Kimya İnstitutu

 19 aprel

 Saat 13.00

 B qrupu

Fəlsəfə İnstitutu- Radiasiya Problemləri İnistitutu

A qrupu

Geologiya və Geofizika İnistitutu - Şamaxı Astrofizika Rəsədxanası

 Saat 14.00

B qrupu

Genetik Ehtiyyatlar İnistitutu - İqtisadiyyat İnstitutu

A qrupu

İnformasiya Texnologiyaları İnistitutu- Torpaqşünaslıq və Aqrokimya İnistitutu

 20 aprel

Saat 13.00

 C qrupu

Neft Kimya Prosesləri İnstitutu - Memarlıq və İncəsənət İnstitutu

D qrupu

Fizika İnistitutu - Respublika Seysmoloji Xidmət Mərkəzi

 Saat 14.00

C qrupu

Coğrafiya İnstitutu - Dendrologiya İnstitutu

D qrupu

İdarəetmə Sistemləri İnstitutu - Kataliz və Qeyri üzvi  Kimya İnstitutu

 21 aprel

 Saat 13.00

B qrupu

Fəlsəfə İnstitutu- Genetik Ehtiyyatlar İnistitutu

A qrupu

Geologiya və Geofizika İnistitutu - Torpaqşünaslıq və Aqrokimya İnistitutu

 Saat 14.00

B qrupu

Radiasiya Problemləri İnistitutu - İqtisadiyyat İnstitutu

A qrupu

İnformasiya Texnologiyaları İnistitutu- Şamaxı Astrofizika Rəsədxanası

 24 aprel

Saat 13.00

C qrupu

Neft Kimya Prosesləri İnstitutu - Dendrologiya İnstitutu

D qrupu

İdarəetmə Sistemləri İnstitutu - Respublika Seysmoloji Xidmət Mərkəzi

Saat 14.00

C qrupu

Coğrafiya İnstitutu - Memarlıq və İncəsənət İnstitutu

D qrupu

Fizika İnistitutu - Kataliz və Qeyri üzvi  Kimya İnstitutu

 26 aprel

 Saat 13.00

 B qrupu

Fəlsəfə İnstitutu- İqtisadiyyat İnstitutu

A qrupu

Geologiya və Geofizika İnistitutu - İnformasiya Texnologiyaları İnistitutu

 Saat 14.00

 B qrupu

Radiasiya Problemləri İnistitutu - Genetik Ehtiyyatlar İnistitutu

A qrupu

Torpaqşünaslıq və Aqrokimya İnistitutu - Şamaxı Astrofizika Rəsədxanası

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.