Fotos
AMEA Gənc alim və mütəxəssislərinin IV Futbol Çempionatının start fiti çalındı
Apr 18 , 2017 | 03:35 / İdman yarışları
Oxunma ( 2721 )

Bu gün AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, bu qurumun İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatı öz işinə başlayıb.

Akademiya Şəhərciyində yerləşən stadionda baş tutan açılış mərasimində Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov ənənəvi bu idman yarışında iştirak edən komandaların üzvlərini təbrik edib, atıq dördüncü ildir keçirilən çempionatın əhəmiyyətindən və Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Çempionatın ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmasının təsadüfi olmadığını söyləyən sədr ulu öndərin hakimiyyəti dövründə Azərbaycanın bütün sahələrində, o cümlədən idmanda qazanılan nailiyyətlərdən bəhs edib. F.Salmanov müxtəlif beynəlxalq tədbirlərə və mötəbər idman yarışlarına ev sahibliyi edən Azərbaycanın gələn ay daha bir möhtəbər idman yarışı – “İslam Həmrəyliyi Oyunları”na yüksək səviyyədə hazırlaşdığını xüsusi qeyd edib.

Sədr AFFA-nın peşəkar hakimləri tərəfindən idarə olunan açılış oyununda 16 komandanın iştirak etdiyini bildirib.

Daha sonra AMEA İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev, Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev və Akademiya Şəhərciyinin direktoru Bayram Babayev çıxış edərək komandalara uğurlar arzulayıblar.

Açılışdan sonra AMEA-nın elmi-tədqiqat müəssisələrinin komandaları arassında ilk qrup oyunlarının start fiti çalınıb.

İlk oyun günündə qeydə alınan nəticələr:

saat 13:00

Fizika İnstitutu – İdərəetmə Sistemləri İnstitutu 9-7

Memarlıq və İncəsənət İnstitutu – Dendrologiya İnstitutu 8-2

saat 14:00

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu - Respublika Seysmoloji Xidmət Mərkəzi    5 - 4

Neft-Kimya Prosesləri İnstitutu - Coğrafiya İnstitutu 5-0

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.