Fotos
"Gənc tədqiqatçı" jurnalı AAK-ın tövsiyə olunan elmi nəşrlər siyahısına daxil edildi
Apr 19 , 2017 | 12:31 / Elmi nəşrlər
Oxunma ( 1805 )

Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası növbəti bir uğura imza atıb. Belə ki, çoxdan gözlənilən bir xəbər bütün gənc tədqiqatçıların sevincinə səbəb olacaq. Qurumun elmi-praktik dərgisi olan “Gənc tədqiqatçı” jurnalı Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan elmi nəşrlər siyahısına daxil edilib.

Komissiyanın Rəyasət Heyətinin 31.03.2017-ci il tarixli (prot.№06-R) iclasının qərarı ilə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təsis etdiyi "Gənc tədqiqatçı" jurnalı elmi-praktik jurnalı pedaqoqgika elmləri istisna olmaqla qalan bütün elmlər üzrə "Azərbaycan Reespublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir.

Məlumat üçün qeyd edək ki, "Gənc tədqiqatçı" jurnalı 2015-ci ildən ildə iki dəfə nəşr olunur.  Hər bir buraxılışda Akademiya və digər ali təhsil müəssislərində və idarə-təşkilatlarda elmin bütün bölmələri üzrə gənc alimlərin fundamental və tətbiqi elmi tədqiqatlarının ən mühüm nəticələrini özündə ehtiva edən məqalələrə yer verilir.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.