AMEA-nın adlı mükafatlarına layiq görülən alimlərin adları elan olundu
Apr 19 , 2017 | 08:24 / Elmi müsabiqələr
Oxunma ( 2751 )

AMEA-nın görkəmli elm adamlarının adlarını daşıyan mükafatlarına layiq görülmüş alimlərin adları məlum olub.

AMEA Rəyasət Heyətinin aprelin 19-da keçirilmiş növbəti iclasında 7 alimin adlı mükafatlarla təltif olunması haqqında qərar qəbul edilib.

Beləliklə, fizika-riyaziyyat üzrə elmlər doktoru Kərim Allahverdiyev A3 B6 laylı kristalların fizikası və Non-Lineer xüsusiyyətlərinin lazerlərdə istifadəsi, həmçinin Lidar və tətbiqləri sahəsindəki elmi nailiyyətlərinə görə AMEA-nın Nəsirəddin Tusi adına, akademik Məhərrəm Babayev Azərbaycan torpaqlarının morfogenetik diaqnostikası, nomenklaturası, mühafizəsi və təsnifatı üzrə silsilə monoqrafiyaların nəşrinə görə AMEA-nın Həsən bəy Zərdabi adına, professor Tofiq Bakıxanov görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin musiqi irsinin tədqiqi və təbliği sahəsində xidmətlərinə görə AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, AMEA-nın müxbir üzvü Zakir Qarayev dərin mikozların törətdiyi xəstəliklərin müalicə və diaqnostikasındakı elmi nailiyyətlərinə görə AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına, akademik Vaqif Fərzəliyev yüksək keyfiyyətli aşqarların və sürtkü materiallarının yaradılması sahəsində əldə etdiyi mühüm fundamental və tətbiqi elmi nəticələrə görə AMEA-nın akademik Yusif Məmmədəliyev adına, akademik Vasif Babazadə Azərbaycanın mineral-xammal resurslarının öyrənilməsində fundamental tədqiqatlara görə AMEA-nın akademik Musa Əliyev adına, tarix üzrə elmlər doktoru Əli Rəcəbli isə Azərbaycan numizmatik irsinin elmi tədqiqi və təbliğindəki xidmətlərinə görə AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatlarına layiq görülüblər.

Qeyd edək ki, qaliblərin hər birinə beş min manat məbləğində pul mükafatı veriləcək.

Adlı mükafatlar üzrə müsabiqə Rəyasət Heyətinin 15 fevral 2017-ci il tarixli qərarı ilə elan edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.