AMEA Dendrologiya İnstitutunun komandası Futbol Çempionatından kənarlaşdırıldı
Apr 21 , 2017 | 04:00 / İdman yarışları
Oxunma ( 2415 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatın üçüncü günündə baş tutan qrup oyunlarında aşağıdakı nəticələr qeydə alınıb.

21 aprel

 Saat 13.00

B qrupu

Fəlsəfə İnstitutu- Genetik Ehtiyyatlar İnistitutu - 4 - 6

A qrupu

Geologiya və Geofizika İnistitutu - Torpaqşünaslıq və Aqrokimya İnistitutu  - 10 - 3

 Saat 14.00

B qrupu

Radiasiya Problemləri İnistitutu - İqtisadiyyat İnstitutu - 4 - 6

A qrupu

İnformasiya Texnologiyaları İnistitutu- Şamaxı Astrofizika Rəsədxanası - 3- 2

Məlumat üçün qeyd edək ki, çempionatda təmsil olunan AMEA Dendrologiya İnstitutunun komandasının tərkibinin formalaşmasında idman turnirinin Əsasnaməsinə zidd olan hallar aşkarlandığından yaradılan Nizam-İntizam Kommisiyasının ümumi rəyi əsasında adıçəkilən komanda çempionatdan xaric edilib. Bununla əlaqədar komandanın oynadığı oyunların nəticələri rəqib komandaların xeyrinə texniki məğlubiyyət (5:0) verilməklə ləğv olunub.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.