Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatının 1/4 final oyunlarına yekun vuruldu, yarımfinal oyunları mayın 5-də keçiriləcək
May 02 , 2017 | 04:00 / İdman yarışları
Oxunma ( 2610 )

Bu gün AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatının 1/4 finalında qalan iki görüş keçirilib. Beləliklə bu iki oyunla Çempionatın yarımfinalına adını yazacaq 4 komandanın hamısının adı məlum olub. Bu mərhələdə Geologiya və Geofizika İnstitutu komandası Radiasiya Problemləri İnstitutunun komandasını 7 -1, Fizika İnstitutu isə Coğrafiya İnstitutunun komandasını 20 - 6 hesabla məğlub edərək, yarımfinala vəsiqəni təmin ediblər. 

Yarımfinal oyunları mayın 5-də baş tutacaq. Həmin tarixdə saat 14:00-da Geologiya və Geofizika İnstitutu komandası İqtisadiyyat, saat 15:00-da isə Fizika İnstitutu isə İdarəetmə Sistemləri İnstitutu komandaları qarşı-qarşıya gələcəklər.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.