Magistrantların elmə marağı artıb
May 11 , 2017 | 12:00 / Mühüm hadisələr
Oxunma ( 2343 )

Mayın 11-də Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş magistrantların XVII Respublika elmi konfransı keçirildi. Konfransda respublikamızın qabaqcıl ali təhsil müəssisələrinin  rektor, prorektor, struktur rəhbərləri və professor-müəllim heyəti iştirak ediblər. 
Konfransa sədrlik edən rektor, professor Elxan Hüseynov tədbir iştirakçılarını salamlayıb və  vurğulayıb ki, çox sevindirici amildir ki, konfransda iştirak edənlərin sayı ildən-ilə artır. Əgər 2014-cü ildə XIV Respublika elmi konfransında 15 ali məktəbdən 770 nəfərdən çox magistrant iştirak etmişdirsə, bu il keçirilən konfransa 16 ali məktəbdən 1400-ə yaxın məruzə materialları daxil olmuşdur. Bu göstərici magistrantların elmi konfranslara maraqlarının artmasının nəticəsi kimi dəyərləndirilib. 
SDU-nun doktorantura və magistratura şöbəsinin müdiri, dos. Sabir Xəlilov bildirdi ki, konfransa təqdim olunan məruzələr olduqca aktual məsələlərə həsr olunub. Konfrans öz işini on doqquz bölmə üzrə iki gün ərzində davam etdirəcək. Çıxışlardan sonra konfrans öz işini müxtəlif bölmələrdə davam etdirib. Konfransın sonunda maraqlı mövzularla çıxış edən və fəallıq nümayiş etdirən magistrantlar Sumqayıt Dövlət Universitetinin diploma və hədiyyələri ilə  təltif olunacaqlar.

Qeyd etdi ki, təqdim olunmuş tezislər üç cildli məcmuə şəklində çap olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.