Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tacikistanda ezamiyyətdədir
May 12 , 2017 | 08:57 / Mühüm hadisələr
Oxunma ( 2707 )

May ayının 10-da AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov Tacikistanın Düşənbə şəhərinə ezam olunub. Ezamiyyətin məqsədi “Elmi inkişafında gənc alimlərin rolu” mövzusunda sayca II Beynəlxalq Elmi-Praktiki Konfransda iştirakdır.

MDB ölkələrinin gənc alimlər şuralarının sədrlərinin, həmçinin digər ölkələrin gənc tədqiatçılarının da qatıldığı beynəlxalq tədbirin may ayının 10-da baş tutan plenar iclasında, təşkilatçı ölkənin bir sıra rəsmi dövlət nümayəndələri, müvafiq fondların, təhsil müəssisələrinin nümayəndələri və s. iştirak etmişlər.

Plenar iclasda təbrik çıxışı edən Şura sədri,beynəlxalq mahiyyət daşıyan elmi tədbirin mövzsusna adekvat olaraq biliklərin və təcrübələrin paylaşdırılması, yeni innovativ elmi ideyaların mənimsənilməsi və tətbiqi məsələlərinin həlli üçün vacib bir platformanı təmin edən Konfrasın əhəmiyyətindən danışıb.

O, həmçininqeyd edib ki, bu konfrans Azərbaycanla eyni dini və tarixi ənənələri paylaşan tacik həmkarlarla mümkün birgə layihələrin yerinə yetirilməsini reallaşdırmaq baxımından yeni bir fürsət və ya stimul ola bilər.

“Soz dindən düşərkən, bir əsas məqamı da qeyd edim ki, bu il sayca 4-cü olan İslam Həmrəyliyi Oyunları doğma Bakımızda keçirilir. May ayının 12-dən start götürən və miqyasına görə böyük əhəmiyyət daşıyan idman turnirində bütün müsəlman ölkələrinin, o cümlədən Tacikstanın idmançıları da iştirak edirlər.  Mən ölkəmizdə keçirilən ənənəvi idman turnirinə qatılan bütün idmançılara, xüsusən tacik dostlarımıza uğurlar arzulayıram!

Beynəlxalq konfransın ikinci günundə Şura sədri konfransla əlaqədar təşkil olunmuş müvafiq dəyirmi masada “Azərbaycanda gənclər siyasəti və elmi gənclik” mövzusunda məruzə ilə çıxış edib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.